"Əjdər İsmayılov Azərbaycan tarixində sədaqət nümayiş etdirib" - DEPUTAT DANIŞDI

"Əjdər İsmayılov Azərbaycan tarixində sədaqət nümayiş etdirib" - DEPUTAT DANIŞDI

"Ümummilli Lider Heydər Əliyev demişdi ki, hər şeyi sonradan qazanmaq olar, amma cəsarət və sədaqət qanda olmalıdır. YAP Veteranlar Şurasının mərhum üzvü Əjdər İsmayılov Azərbaycan tarixində o sədaqəti nümayiş etdirib". SİA xəbər verir ki, bu sözləri Əjdər İsmayılovun 85 illiyinə həsr olunmuş konfransda YAP Təftiş Komissiyasının üzvü Sadiq Qurbanov deyib.

Onun sözlərinə görə, Əjdər İsmayılov Ulu Öndər Heydər Əliyevlə bağlı müzakirələr aparanda onun Atatürk olduğunu qeyd edirdi: "Bu kəlamı ilk dəfə mərhum Əjdər İsmayılovdan eşitmişəm. Mərhum professor bu həyatda elə bir iz qoyub ki, o izdə turançılıq var".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə