"Əsgərlərimizə qarşı nümayiş etdirilən görünməmiş vəhşilik..." - DEPUTAT DANIŞDI
"Ermənilər əsir düşmüş əsgərlərimizə qarşı vəhşilik nümayiş etdirməklə, bir daha xislətlərini ortaya qoymuş oldular. Azərbaycan tərəfi regionda sülhü, barışığı təbliğ edir, Ermənistanla münasibətləri normallaşdırması istiqamətində addım atmağa hazır olduğunu göstərir. Ermənistan Azərbaycan dövlətinə, xalqına qarşı görünməmiş cinayətlər, terror törədib. İllər boyu torpaqlarımızı işğal altında saxlayaraq, şərhərlərimizi Yer üzündən silib. Bütün bunlara baxmayaraq regionun təhlükəsizliyi və gələcəyi naminə Azərbaycan münasibətlərin normallaşdırılmasının tərəfdarıdır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu bildirib.
Onun sözlərinə görə, ermənilər hələ də öz yırtıcı və terrorçu xislətlərini ortaya qoyurlar: "Ermənistanda əsgərlərimizə qarşı nümayiş etdirilən görünməmiş vəhşilik beynəlxalq ictimaiyyət tərəfindən obyektiv qiymətini almalıdır. Çünki bu beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. 1949-cu ildə qəbul edilmiş Cenevre konvensiyaları və ona edilmiş əlavələrin müddəalarının kobud şəkildə pozulması, hərbi əsirlərlə davranış qaydaları öz aydın ifadəsini tapıb. Ermənistan bu normativ hüququ aktları ən kobud şəkildə pozur.
Təəssüflə qeyd etmək lazımdır ki, Ermənistanın vəhşiliyi yenə də beynəlxalq ictimaiyyət tərəfindən susqunluqla izlənilir. Azərbaycana qarşı çox asanlıqla əsassız mövqelər formalaşdıran dairələr ermənilərin bu vəhşiliyinə susur. Halbuki ermənilər çəkinmədən özlərini cəzasızlıq şəraitində hiss edərək, Azərbaycan əsgərinə qarşı vəhşiliyi törətdiklərini nümayiş etdirirlər.
Azərbaycan Respublikasının baş prokurorluğunda əsgərlərimizə qarşı törədilmiş qeyri-insani davranışa, vəhşiliklə bağlı Cinayət Məcəlləsinin 115.2 maddəsi üzrə cinayət işi başlamışdır. Təbii ki, bu məsələ beynəlxalq ictimaiyyət tərəfindən obyektiv qiymətini almalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB