"Toivo Klaar Vardanyanın dediklərini təkrarlayır" - SƏDR MÜNASİBƏT BİLDİRDİ

"Toivo Klaar Vardanyanın dediklərini təkrarlayır" - SƏDR MÜNASİBƏT BİLDİRDİ

"Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması perspektivləri ilə bağlı suala cavabında, Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi ilə bağlı fikirlər səsləndirib. O, bildirib ki, münaqişənin başlama səbəblərini nəzərə almadan imzalanan sülh müqaviləsi tam həll hesab edilə bilməz". Bu sözləri SİA-ya açıqlamasında "Türküstan Media Qrup"un baş redaktoru, "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal deyib.

Onun sözlərinə görə, regiona ən çox gəlib-gedən Avropa diplomatı Toivo Klaar bir suala verdiyi cavabla özünün, yaxud da, ona missiya verən qurumun) mövqeyini ortaya qoyub: “AB-nin sülhməramlı missiyasının Qarabağda yerləşdirilməsinin mümkünlüyü" ilə bağlı sualı şərh edərkən cənab Klaar az qala Arayik Arutyunyanın ağzı ilə danışıb, separatçıların tezislərini təkrarlayıb. Klaar deyir ki, "münaqişənin tarixini nəzərə alsaq, insanların özlərini təhlükəsiz hiss etməsi üçün bəzi tədbirlərə ehtiyac duyulacağı aydındır. Ancaq tam ayrılmadan inteqrasiyaya keçə biləcəyimizi güman etmirəm". Bu tezisi eynilə separatçı Ruben Vardanyan söyləyir. Deyir ki, "ayrılaq, müstəqil olaq, sonra Azərbaycanla qonşu kimi inteqrasiya edək".

A.Camalın sözlərinə davam edərək bildirib ki, münaqişənin tarixinə - Qarabağda ermənilərin separatçı hərəkatının başlamasına istinad edən Klaar, həll prosesində bunun nəzərə alınmalı olmasını vurğulayır: "Hərtərəfli sülhü necə təmin edəcəyik? Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi necə olacaq? Sülh sazişinin olması bir şeydir, amma son nəticədə münaqişənin tarixini nəzərə alsaq, insanların özlərini təhlükəsiz hiss etməsi üçün bəzi tədbirlərə ehtiyac duyulacağı aydındır. Ancaq tam ayrılmadan inteqrasiyaya keçə biləcəyimizi güman etmirəm. bu münaqişədən irəli gələn məsələlər öz həllini tapmalıdır. Azərbaycan Xarici İşlər Nazirliyi Klaarın bu fikirlərinə etiraz etməlidir. Bununla bağlı rəsmi izahat tələb olunmalıdır. Cənab Klaar diplomatik etiket qaydalarını aşaraq suveren ölkənin hüdudları ilə bağlı söylədiyi fikirlərini korrektə etməlidir”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə