İran-Azərbaycan münasibətləri hansı səviyyədədir? - POLİTOLOQ ŞƏRH ETDİ
"İran həqiqətən münasibətlərin yumşaldılması istiqamətində addımlar atmaq əvəzinə vəziyyəti daha da gərginləşdirir. Orada hesab edirlər ki, Azərbaycanla güc və hədə dili ilə danışmaq onlara fayda gətirəcək". Bu sözləri SİA-ya açıqlamasında politoloq Əlimusa İbrahimov bildirib.
Onun sözlərinə görə, amma Azərbaycan İranla münasibətdə geri çəkilmək haqqında düşünmür və hesab edir ki, onun yeritdiyi xarici siyasət beynəlxalq hüquq normaları və qonşuluq prinsiplərinə tam cavab verir. Belə olan halda biz İranın haqqımızda nə deməsi və hansı addımlar atmasından asılı olmayaraq öz yolumuzu davam etdirəcəyik. Ermənistanla münasibətdə də İranın "qırmızı xətləri" bizi yolumuzdan döndərməyəcək, daxildə də İranın qurduğu casus yuvasını adğıtmaq istiqamətində gördüyümüz tədbirləri davam etdirəcəyik. Buna görə də gərginliyin daha da artacağını proqnozlaşdırmaq mümkündür.
Amma vəziyyətin "soyuq müharibədən" o tərəfə keçəcəyini düşünmürəm. Müəyyən müddət ərzində vəziyyət gərgin olaraq qalacaq. Sonunda İran Azərbaycana bu vasitələrlə təsir etməyin mümkün olmadığını dərk edib qınına çəkiləcək. Yəni öz düşmənçiliyini gizli şəkildə aparmaqda davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB