"İran dövləti bu məsələyə açıqlama gətirməyə məcburdur" - DEPUTAT RƏY BİLDİRDİ
"Bildiyiniz kimi İranın xarici işlər naziri özü də vurğulayıb ki, Azərbaycan və İran arasında münasibətlərin korlanması əslində dövlətlər üçün mənfi hala gətirib çıxara bilər. Münasibətləri nizamlamaq lazımdır ki, regionda baş verən hadisələr hər iki dövlətin maraqlarına uyğun olsun. Artıq İran da başa düşməlidir ki, bu cür gərgin münasibət ona xeyir gətirə bilməz. Çalışılmalıdır ki, məsələlər danışıq yolu ilə nizama qoyulsun. Düzdü, İran müəyyən addımlar atsa da, son nəticədə münasibətləri müharibəyə gətirib çıxara bilməzlər". Bu sözləri SİA-ya açıqlamasında deputat Aqil Məmmədov deyib.
Onun sözlərinə görə, buna əsas verən müəyyən səbəblər var: "Müharibənin sonluğu heç də həmişə istədiyimiz kimi bitmir. Mən də düşünürəm ki, İran tərəfi məsələlərin sülhlə bitməsinin daha yaxşı olacağını anlayır. Qonşuluq siyasəti düzgün aparılmalı və lazımsız addımlara son qoyulmalıdır. Heç bir dövlətin daxili işlərinə qarışmaq olmaz. Amma iki ölkə arasında baş tutacaq sülh o demək deyil ki, İranda səfirliyimizə edilən hücum unudulacaq.
İran tərəf bu məsələyə mütləq ki bir açıqlama verməlidir. Çünki hadisə İran ərazisində baş verib və səbəbi ilə bağlı öz fikirlərini bildirməlidir. Azərbaycanın mövqeyi hər kəsə bəllidir. Azərbaycan çalışır ki, hər zaman qonşu dövlətlərlə sülh şəraitində münasibət qursun. İranla da münasibətlərin yumşalmasının hər birimiz tərəfdarıyıq. Amma yenə də addımlarımızı öz gələcəyimizi düşünərək atmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB