Ağırçəkili nəqliyyat vasitələrinin hərəkəti üçün 50 manat dövlət rüsumu tutulacaq
Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün rüsum ödəniləcək.
SİA xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün 50 manat rüsum ödəniləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB