"Əgər seçkilər Ərdoğanın məğlubiyyəti ilə nəticələnsə..." - SƏDR MÜAVİNİ MÜNASİBƏT BİLDİRDİ
“14 may tarixində Türkiyədə seçkilər baş tutacaq. Həm prezident seçkisi, həm də parlament seçkiləri olacaq. Keçiriləcək prezident seçkilərində 4 namizəd iştirak edəcək. Cümhur İttifaqının namizədi kimi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət partiyası olan CHP-nin lideri Kamal Qılıncdaroğlu, Məmləkət Partiyasının lideri Məhərrəm İncə və ATA İttifaqının namizədi Sinan Oğan seçkilərdə iştirak edəcək. Hələki rəy sorğularında ilk tur üçün seçimləri qazanmağa ən yaxın iki namizəd Rəcəb Tayyib Ərdoğan və Qılıncdaroğludur. Amma yenə də hazırda konkret olaraq hansı birinin qazanacağını demək çətindir. Müxtəlif ssenarilər var”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib.
Onun sözlərinə görə, təbii ki, istər Altılı koalisiya, istər ATA İttifaqı, istərsə də Məmləkət Partiyası Ərdoğanın seçimləri qazanmasını istəməz: “Bu çərçivədə daxildə bu qruplara yaxın, nisbətən özünü liberal xarakterizə edənlər də Rəcəb Tayyib Ərdoğanın prezident seçilməyini istəmir. Sistem içərisində xalq təbəələrindən Ərdoğanın ciddi şəkildə dəstəkləyənlər də, onun getməsini istəyənlər də var. Sərmayə şirkətlərinin də əksər hissəsi onun hakimiyyətdə qalmağını istəyir. Təbii ki, onlardan narazıçılıq edən bir hissə də var. Artıq bu sahə ilə bağlı Türkiyədə ciddi cəbhələşmə var. Müxalifət konkret şəkildə Rəcəb Tayyib Ərdoğanın uduzmasını, iqtidar isə onun hakimiyyətdə qalmasını istəyirlər.
Əgər seçkilər Ərdoğanın məğlubiyyəti ilə nəticələnsə, hakimiyyət dəyişikliyi baş verəcək. Siyasi baxımdan 21 illik iqtidarın dəyişimi həyata keçəcək. Bu, eyni zamanda, Türkiyədəki iqtidar strukturlarının, dövlət qurumlarının başındakı yapıların təxminən 700-dən çox dövlət qulluqçusunun dəyişimi deməkdir. Nazirlərdən başlayaraq icra hakimlərini də əhatə edən bir proses baş tutacaq. Türkiyədə iqtisadi baxımdan ciddi problemlər var. Bu da Ərdoğanı ən çətinə salan məqamlardan biridir. Ərdoğanın devrilməsi ilə bu sahədə sərt iqtisadi qərarların alınacağını düşünmək mümkündür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB