"Anna Akopyanın açıqlaması Ermənistanın məğlubiyyətinin etirafıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Ermənistan Baş nazirinin xanımı Anna Akopyan ötən günlərdən birində bir açıqlama verib. Bəlkə də kimlərsə bunu sensasion bir açıqlama kimi dəyərləndirə bilər, amma mənim subyektiv fikrim odur ki, bu açıqlamada hər hansı bir sensasiya axtarmağa ehtiyac yoxdur. Nəhayət ki öz məğlubiyyətlərini ölkə rəhbərinin xanımının dilindən bəyan edirlər. 44 günlük şanlı müharibə günlərində biz dəfələrlə bütün dünyaya bəyan etdik ki, Ermənistan ordusunda fərarilik var və rəhbərliyi cəbhəyə göndərmək üçün əsgər tapa bilmir. Amma Ermənistan tərəfi bunu birmənalı olaraq təkzib edirdi. Lakin həqiqətləri gizlətmək olmur. Bu gün Anna Akopyan özü etiraf edir ki, Ali Baş Komandanın səfərbərlik əmrindən sonra bir nəfər belə bu çağırışa cavab vermədi və mən məcbur oldum ki, cəbhəyə getmək üçün qadınlardan ibarət batalyon yaradım. Bu həqiqətən də acınacaqlı bir vəziyyətdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, bu etirafın arxasında həqiqət dayanır: “Həqiqətin çılpaqlığı isə bundan ibarətdir ki, erməni orudusu da, xalqı da bu müharibədə uduzacağını öncədən çox yaxşı bilirdi. Təbii ki, erməni anası öz övladını müharibəyə göndərmək istəmirdi. Çünki bu ordu heç vaxt ona aid olmayan torpaqları işğal edib və orada 30 il ərzində inanılmaz vəhşiliklər həyata keçirib. Onlar çox gözəl dərk edirdilər ki, artıq oyunun sonu, bu 30 ildə Azərbaycan xalqının başına gətirdiklərinin cavabını vermək anıdır”.
Deputat sözlərinə davam edərək bildirib ki, Erməni tərəfində orduya getməyə insan tapılmırdığı, 11 min əsgərin fərarilik etdiyi halda Azərbaycanda 27 sentyabr 2020-ci il tarixində ölkə başçısı Ali Baş Komandanın tək bir çağırışı ilə qərargahların qarşısı insanımızla aşdı-daşdı: “Yaşı çatan və çatmayan, səhhəti imkan verən və verməyən hər kəs bir an öncə öncə cəbhəyə getmək istəyirdi. Hamı 30 illik cavabı qarşı tərəfə layiqincə vermək və torpaqlarını azad etmək istəyirdi. Azərbaycanın Ermənistandan ən əhəmiyyətli fərqi ordusunun, xalqının bu müharibəyə hazır olması idi. Biz 30 il dözdük. Lakin ən sonunda qələbəmizi qazandıq. Anna Akopyanın bu açıqlaması isə Ermənistanın məğlubiyyətinin etirafıdır. Onun tələşik şəkildə bu açıqlamanı verməsinin arxasında isə böyük bir peşmançılıq dayanır. O, bu açıqlaması ilə istehzalı şəkildə erməni kişilərə müraciət edir. Mən heç bir ölkənin və ordunun belə bir vəziyyətə düşməsini arzu etməzdim”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB