Milli Məclis İranla bağlı bəyanat yaydı - YENİLƏNİB

Milli Məclis İranla bağlı bəyanat yaydı - YENİLƏNİB

Bəyanatda deyilir: “Azərbaycan Milli Məclis Azərbaycan dövlətinin daxili işlərinə qarışmaq kimi qəbul edir. Bu İran tərəfindən atılmış növbəti təxribat xarakterli addımdır. İran Silahlı qüvvələrinin sərhəddə təlim keçməsi, Tehranda səfirliyimizə hücum, Qafanda konsulluğun açılması və s. göstərir ki, İranın niyyəti fərqlidir. Bu kimi addımlar ciddi narahatlıq doğurur. İranın İsraildə səfirliyimizin açılmasına qarşı əsassız iddialar qəbul edilməzdir. Qeyd edilməlidir ki, İsraildə Türkiyə, Misir, Albaniya, İordaniya kimi müsəlman ölkələrinin səfirlikləri fəaliyyət göstərir. Ölkəmizi hədəf alan iddialardan çəkinməyi İrandan tələb edirik”. Milli Məclis İran İslam Şurasının İsraildə Azərbaycan səfirliyinin açılmasını pisləyən qərarına cavab olaraq bəyanat hazırlayacaq. SİA xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında bildirib.

Spiker İran parlamentinin bəyanatına cavab olaraq komissiyanın yaradılmasını təklif edib. Komissiyanın sədri parlament sədrinin müavini Fəzail İbrahimli seçilib. Deputatlar Zahid Oruc, Cavanşir Paşazadə, Rafael Hüseynov, Afət Həsənova, Kamran Bayramov isə komissiyanın üzvləri olub.

Sahibə Qafarova bəyanatın mətninin hazırlanması üçün tapşırıq verib.

Bütün xəbərlər Facebook səhifəmizdə