“Mən bu toplantıya Ankaradan qatılıram və TÜRKSOY-un baş katibliyi adından iştirak edirəm. Bugünkü iclasımız TÜRKSOY-un üzvü olan ölkələrin milli komissiyalarının iclasıdır və biz artıq bu iclasın 9-nu keçiririk”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında TÜRKSOY təşkilatının baş katibinin müavini Bilal Çakıcı deyib.
Onun sözlərinə görə, iclasın ikinci günü Şuşada davam edəcək: “Ümid edirik ki, bu toplantıda mühüm qərarlar qəbul ediləcək. YUNESKO-nun milli komissiyalarının ölkələrini mühüm işlər gözləyir. Bu görüş türk ölkələrinin tələblərinin YUNESKO qarşısında əvvəlcədən məsləhətləşməsi və qərarların qəbulu baxımından son dərəcə əhəmiyyətlidir. Görüşün bütün üzv dövlətlər üçün faydalı olmasını arzu edirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB