"İran qədər İslama xəyanət edən ikinci bir ölkə olmayıb" - NİZAMİ CƏFƏROV

"İran qədər İslama xəyanət edən ikinci bir ölkə olmayıb" - NİZAMİ CƏFƏROV

"Azərbaycan öz ərazi bütövlüyünü itirəndə də İranın mövqeyini bilir və bu barədə çox da dərinə getmək istəmirdik. Çünki beynəlxalq münasibətlər var və bizim əsas işimiz Ermənistanla idi. Amma görünür İran xasiyyətindən əl çəkməyib. Necə ki, uzun illər İran Azərbaycan xalqının hüquqlarını pozub, indi də bunu davam etdirir. İranda həmin dövrdən hakimiyyət başında türklər olsa da, onlar hər dəfə sarayı işğal edib və öz məkrli işlərini görüblər". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Nizami Cəfərov deyib.

Onun sözlərinə görə, İran İslam düşüncələri daxilində də həmişə başqa dinə xidmət eib: "İran qədər İslama xəyanət edən ikinci bir ölkə olmayıb. Onlar Quran, İslam deyəndə də avesta və zərdüştü nəzərdə tutublar. İran Azərbaycan parlamentindən nə gözləyir? Azərbaycan İrandan azadlıq, təhsil və məktəb istəyib. İranın harasına gedirsən azərbaycanlılar orada var, hətta bütün dünyaya səpələniblər. İran Azərbaycan xalqının tarixi vətənidir. Azərbaycanlıların orada qurduğu dövlətlərin sayı hesabı yoxdur. İran İsraillə bağlı bizim siyasətimizə qarışmasın. Azərbaycan müstəqil dövlətdir və kimlə hansı münasibətləri saxlaması məsələsində İran daxil olmaqla heç bir ölkə ilə məsləhətləşmir. Biz İsraildən çətin vaxtlarda dstluq və hörmət görmüşük. İran parlamenti gedib öz keyfiyyətini artırmaqla məşğul olsun".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə