"İran İslam ölkəsidirsə, niyə Ermənistanın yanındadır?" - AZƏR BADAMOV

"İran İslam ölkəsidirsə, niyə Ermənistanın yanındadır?" - AZƏR BADAMOV

"İran parlamentinin Azərbaycanı qınamağa çağırış etməsi ölkəmizin daxili işlərinə müdaxilədir". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, İran öz riyakar niyyətlərini reallaşdırmağa çalışır: "Belə olmasaydı, Azərbaycana qarşı düşmənçilik siyasəti yürütməzdi. İran islam ölkəsidirsə, niyə Ermənistanın yanındadır? Ermənilər Azərbaycanın işğal altında olan torpaqlarındakı məscidlərində donuz saxlayanda İran niyə səsini çıxarmadı? Axı, məscidlər allahın evidir. Bütün bunlar onu göstərir ki, İranın məqsədi İslam dəyərlərinə hörmət deyil. Molla rejimi Azərbaycanın inkişafını həzm edə bilmir və bundan narahatdır. İran Azərbayacana göstəriş verməsin. Ölkəmiz müstəqil siyasət yürüdür və istədiyi ölkə ilə diplomatik münasibətlər qura və inkişaf etdirə bilər. İsraildə səfirliyimizin açılması ilə İran İslam dünyasını Azərbaycanı qınamağa çağırış etməklə öz mövqeyini bildirir. İran deputatları Azərbaycana düşmən olan erməni deputatlarla qucaqlıaşıb öpüşmək əvəzinə onlarla daha vacib məsələləri müzakirə etsinlər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə