"Tacikistan Azərbaycan vasitəsilə Qərbə çıxış əldə bilər" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Tacikistan Azərbaycan vasitəsilə Qərbə çıxış əldə bilər" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycanla Mərkəzi Asiyada olan dövlətlər arasında bu gün yaxın münasibətlər inkişaf edir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Mərkəzi Asiya dövlətlərinə son dövrlər intensiv səfərləri müşahidə olunur. Bu gün Tacikistanla Azərbaycan arasında da tərəfdaşlıq münaisbətləri inkişaf etməkdədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, iqtisadi, nəqliyyat sahəsində münasibətlər daha da genişləndirilir: "Eyni zamanda bu gün məhz nəqliyyat-kommunikasiya sahəsində Azərbaycanın qlobal layihələri Orta dəhliz ideyasının inkişaf etdirilməsi, Zəngəzur dəhlizi, Ələt terminalının istifadəyə verilməsi Azərbaycanı Tacikistan üçün daha da cəlbedici edir. Azərbaycan vasitəsilə Tacikistan Qərbə çıxış əldə bilər və böyük bir coğrafiyada əməkdaşlıq münasibətlərini inkişafına səbəb olar. Məhz bu baxımdan görüşlər çox mühüm xarakter daşıyır. Eyni zamanda səfər çərçivəsində çox mühüm sənədlər imzalanır, müzakirələr keçirilir.

Düşünürəm ki, cənab Prezidentin Tacikistana səfəri münasibətləri yeni müstəviyə qaldırmaq üçün də yaxşı imkandır. Bu imkandan isə tərəflər maksimum dərəcədə istifadə edəcəklər".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə