“Ermənistanın çıxış yolu qalmayıb“ - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Ermənistanın çıxış yolu qalmayıb“ - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Ermənistan təxribatları davam etdirərək bölgədə gərginlik abu-havası yaratmağa çalışır. Bu gün Azərbaycanın Cənubi Qafqazın rifahı üçün sülh və sabitliklə bağlı ortaya qoyduğu səmimi və dürüst mövqeyə rəğmən Ermənistanın havadarları bu ölkənin vasitəsilə bölgədə gərginlik yaratmağa çalışır. Əslində acı reallıq uzun illər boyu Ermənistanın müstəqillik və s. idealları üzərindən saxta təxribat qurub, öz xalqını aldadaraq, yalan siyasət davam etdirdiyini göstərdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.
Onun sözlərinə görə, xarici güc faktorlarının əlində oyuncağa çevrilmiş bir dövlətin əsla müstəqillik elementlərindən söhbət gedə bilməz: “Təəssüflər olsun ki, bu gün Ermənistanın bölgədə yaratdığı gərginlik bütövlükdə Avrasiya məkanında formalaşa biləcək bütün sülh və etimad mühitinə çox ağır zərbələr vurur.

Məqsəd daim bölgədə gərginliyin qalmasına yönəlib. Eyni zamanda bu gün Ermənistanın çıxış yolu qalmayıb. Buna görə də ölkə daxilində daim gündəmi dəyişməyə çalışır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə