"Tacikistanla münasibətlər yüksələn xətt üzrə inkişaf edir" - DEPUTAT ŞƏRH ETDİ
“Azərbaycan Prezidenti İlham Əliyevin istər qonşu, istər bölgə, istərsə də dünya ölkələrinə davamlı səfərlərinin hər birinin arxasında əlbəttə ki, dövlətimizə daha çox tərəfdaş qazandırmaq, beynəlxalq nüfuzun daha da gücləndirilməsi və əlaqələrin genişləndirilməsi dayanır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, Tacikistan keçmiş SSRİ məkanında Azərbaycana yaxın olan ölkələrdəndir: “Tacikistanla münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Bütün sahələr üzrə əlaqələrin bərqərar edilib, inkişaf etdirilməsi hər iki ölkə xalqının və ümumilikdə həmin bölgənin inkişafına xidmət edən məsələlərdəndir.
Düşünürəm ki, cənab Prezidentin növbəti xarici səfəri də uğurla başa çatacaq. Azərbaycan bir daha beynəlxalq səviyyədə öz sözünü deyərək və iradəsini nümayiş etdirərək daha çox tərəfdaş cəlb edilməsi istiqamətində növbəti uğurlu addımını atmış olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB