Laçın dünya miqyaslı şəhərlərindən birinə çevriləcək - ŞƏRH

Laçın dünya miqyaslı şəhərlərindən birinə çevriləcək - ŞƏRH

Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir və bu rayonun çox böyük potensialı vardır. Rayon 28 il işğal altında olub və bu işğal dövründə rayonun bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilərək ətraf mühitə böyük ziyan vurulub. Bütövlükdə, ərazinin meşə fondunun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur. İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparıblar. Xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirilərək orada yerləşdiriliblər. Bu isə öz növbəsində bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.

27 sentyabr 2020-ci ildə başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz işğalda olan ərazilərimizi azad edərək tarixi Zəfər əldə etdi. Bildiyimiz kimi, 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb. Bəyanatın şərtlərinə əsasən 2020-ci il 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi, 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana qaytarıldı.28 il işğal altında olan Laçında ermənilər qanunsuz məskunlaşma siyasəti də aparmışlar. Beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılsa da xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirilmiş və orada yerləşdirilmişlər.Məlum olduğu kimi, 28 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib.Dövlətimizin başçısı qəbul zamanı çıxış edərək 28 il işğal altında qalmış Laçın rayonuda bütün infrastruktur Ermənistan tərəfindən məhv edildiyindən, ətraf mühitə böyük ziyan vurulduğundan bəhs etmiş, rayonunda aparılan irimiqyaslı quruculuq işləri ilə bağlı geniş məlumat vermiş, qarşıda duran vəzifələr, görüləcək işlər barədə tapşırıq və tövsiyyələrini vermişdir. Martın 28-də ölkə başçısı İlham Əliyev Məsim Məmmədovun Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin edilməsi ilə əlaqədar onu qəbul edərək bu rayonun gələcək inkişafi, işğaldan azad edildikdən sonra burada görülən işlər, həyata keçirilən və nəzərdə tutulan layihələrdən danışib, həmçinin bir sıra mühüm məsələlərə toxunub. Cənab Prezident İlham Əliyev Laçın rayonunun gələcək inkişafi, işğaldan azad edildikdən sonra burada görülən işlər, həyata keçirilən və nəzərdə tutulan layihələrdən danışib, həmçinin bir sıra mühüm məsələlərə toxunub.

Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir və bu rayonun çox böyük potensialı vardır. Rayon 28 il işğal altında olub və bu işğal dövründə rayonun bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilərək ətraf mühitə böyük ziyan vurulub. Bütövlükdə, ərazinin meşə fondunun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur. İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparıblar. Xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirilərək orada yerləşdiriliblər. Bu isə öz növbəsində bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.

Ölkə başçısının rəhbərliyi ilə bu gün Laçın rayonunda genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Laçında beynəlxalq hava limanı inşa edilir, Kəlbəcər-Laçın yolunun yenidən qurulması aparılır, Göygöl rayonundan Şərqi Zəngəzura yol çəkilir, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir. Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcəkdir.

İşğaldan azad etdiyimiz Laçında quruculuq işləri başlanmışdır. Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

Cənab Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq.

Laçının inkişafına təkan verəcək əsas hadisələrdən biri hava limanının istifadəyə verilməsi olacaq. 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq Laçın rayonu və bütün başqa rayonlar bərpa olunacaqdır. Laçınlıların birinci qrupu öz doğma şəhərinə gələn ilin sonuna qədər qayıda biləcəklər. Eyni zamanda, Prezident cənab İlham Əliyev qeyd etdi ki, Laçın rayonunda ətraf mühitin qorunması birinci vəzifə olmalıdır.Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir. Rayonun çox böyük potensialı var, deyə qeyd edən Prezident İlham Əliyev bildirdi ki, Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalıdırlar və Azərbaycan dövləti bunu təmin edəcək.Dövlət başçımızın da qeyd etdiyi kimi, Laçın şəhərinin memarlıq üslubu göz oxşayır. Laçın nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək.

Mahiyəddin Mazanov,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə