"Aprel döyüşləri bu günün formatından baxdıqda sanki zəfərə aparan yol idi. Əslində bir çox məsələlərdə Qərb və Şərq, Rusiya Qərb arasında ziddiyyətlər olsa da, söhbət Qarabağ məsələsinə gəlib, çatdıqda Azərbaycana qarşı bir mövqedən çıxış edirdilər. Bu mövqe isə Azərbaycanın hərbi əməliyyatlara başlaya bilməməsini vurğulayırdı. Biz növbəti erməni silahlı qüvvələrinin təxribatına cavab olaraq, lokal miqyaslı döyüşlərə yol verdik. Bu sonradan kəşfiyyat döyüşü kimi adlandırılaraq, xarakterizə olundu". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.
Onun sözlərinə görə, kəşfiyyat döyüşünün məqsədi düşmənin imkan və potensiallarını ortaya çıxarmaq üçün məhdud miqyaslı döyüş əməliyyatlarıdır: "Azərbaycan ordusu 22 illik fasilədən sonra belə bir addım atmışdı. Amma bu demək deyil ki, biz bu 22 illik fasilə müddətində yalnız gözlədik. Bizim xüsusi əməliyyatlarımız olurdu, lakin bu barədə icyimaiyyətə məlumat verilmirdi. Bu xüsusi əməliyyatlar da düşmənin güc və potensialı barədə dəqiq, etibarlı, təstiqlənmiş məlumat əldə etmək məqsədi ilə keçirilirdi.
1994-cü ilin əvvəllində keçirilən Horadiz əməliyyatı da Azərbaycanın qələbəsi ilə nəticələnmişdi. Ortada 22 illik bir fasilə var idi və burada taktiki baxımından üstünlük də ermənilərdə idi. Belə bir qəliz vəziyyətdə Azərbaycan bizim üçün işğal faktının qəbuledilməz olduğunu sübut etməli idi. Biz özümüz öz torpağımızı azad etməli idik və bunun ilk siqnalını 2016-cı ildə aprel döyüşləri ilə verdik. Ermənistanın buna qarşı müqavimət potensialı isə kifayət qədər zəifdir.
Fasilə dövründə ictamiyyətdə ümidsizlik yaranmışdı, beynimizə yüklənən məğlubiyyət sendromu var idi. Lakin Aprel döyüşləri yenidən qələbəyə ümid oldu. Azərbaycanın bugünkü zəfərə aparn yolu isə məhz Aprel döyüşlərində başlamışdı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB