“Media sahəsində çalışan əməkdaşlar bu etimadı yüksək səviyyədə doğruldacaqlar” - BAŞ REDAKTOR MÜNASİBƏT BİLDİRDİ
“Vergi məcəlləsində cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış mövcud dəyişikliklər Azərbaycan mətbuatına kifayət qədər mühüm töhfələr verəcək qanundur”. Bu sözləri SİA-ya açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, bu addım Azərbaycanda çap məhsullarının ümumiyyətlə bir sıra hallarda vergilərdən azad olunması ilə bağlı mətbuatımızın iqtisadi imkanlarının kifayət qədər genişlənməsinə xidmət göstərmiş gələcək inkişafına böyük təkan verəcək dəyişikliklərdir: “Zaman-zaman Azərbaycan mətbuatının inkişafında cənab Prezident sərəncam və qərarlar imzalamışdır. Bunlar Azərbaycanda müstəqil mətbuatın inkişafında mühüm önəm kəsb edən qərarlardır. Ulu Öndər Heydər Əliyev siyasətinə söykənərək Azərbaycanın mətbuat sahəsində, müstəqil mətbuatın inkişafında mühüm qərarların imzalanması ölkəmizin media subyektlərinin müstəqilliyinin yaxşı mənada təminatına böyük töhfələr verir və gələcək medianın inkişafında iqtisadi imkanlarının genişlənməsində əhəmiyyətli rola malik qərarlardır”.
Vüqar Rəhimzadə sözlərinə belə davam edib: “Mən bu qərarı müsbət qiymətləndirirəm və cənab Prezidentə bu sərəncamı imzaladığına, mətbuata göstərdiyi böyük diqqətinə görə böyük təşəkkür edirəm. Hesab edirəm ki, Azərbaycanda media sahəsində çalışan əməkdaşlar bu etimadı yüksək səviyyədə doğruldacaqlar və Azərbaycanda mətbuatın müstəqil şəkildə inkişafında, mətbuatın üzərinə düşən vəzifənin yüksək səviyyədə reallaşmasında öz mühüm töhfələrini verəcəklər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB