"İsrail beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəkləyir" - DEPUTAT DANIŞDI
"Azərbaycanla İsrail dövləti arasında əlaqələr hər zaman yüksək səviyyədə olub. İsrail Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımaqla yanaşı, bir sıra beynəlxalq təşkilatlarda da Azərbaycanın mövqeyini dəstəkləyir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Kamilə Əliyeva bildirib.
Onun sözlərinə görə, hər iki dövlətin xarici ölkələrdəki diaspor təşkilatları da sıx əməkdaşlıq edirlər: "ABŞ və Avropa yəhudi diaspor təşkilatlarının prezidentləri bir neçə dəfə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüş keçirib.
Ümumilikdə İsrail və Azərbaycan strateji tərəfdaş dövlətlərdir. Martın 29-da Azərbaycanın İsraildə səfirliyinin açılması bu strateji tərəfdaşlığın, əlaqələrin daha da dərinləşməsinə xidmət edir. İqtisadi sahədə də əməkdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Belə ki, gələn ay İsrailin xarici işlər naziri hökümətlərarası birgə komissiyanın iclasında iştirak etmək üçün Bakıya səfər edəcək. İclasda iqtisadi əməkdaşlıq müzakirə olunacaq. İlkin olaraq İsrailin Azərbaycana 200 milyon dollarlıq investesiya qoyması barədə müzakirələr aparılaraq, sonrasında sənəd imzalanacağı nəzərdə tutulub.
Həm Azərbaycan, həm də İsrail xalqı əlaqələrin yüksək səviyyədə qurulmasına böyük səy göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB