"Azad edilmiş ərazilərin yenidən qurulması proritet məsələdir " - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ
"Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin sürətli bərpasını həyata keçirməklə öz qətiyyətli iradəsini ortaya qoyur. Azad edilmiş ərazilərə Azərbaycan Prezidentinin xüsusi nümayəndələrinin təyin edilməsi, dövlət başçısının yeni nümayəndələri şəxsən qəbul etməsi və onlar qarşısında ciddi vəzifələr qoyması bu baxımdan böyük əhəmiyyət daşıyır. Azad edilmiş ərazilərdə yeni idarəçilik sisteminin yaradılması bərpa quruculuq işlərinin gedişinə, qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına daha sürətli şəkildə qayıdışına təkan verir. Bu günlərdə cənab Prezident İlham Əliyev Laçın rayonuna təyin olunmuş nüamyəndəni qəbul edərkən bir sıra tapşırıq və tövsiyyələr verdi, qarşıya yeni vəzifələr qoydu". Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.
Onun sözlərinə görə, burada əsas məqsəd Laçın rayonunun da tamamilə müasir şəkildə yenidən qurulması, nəhəng infrastruktur layihələrinin davamlı şəkildə reallaşdırılmasıdır: "Ümumiyyətlə, dövlət başçısı təyin etdiyi məmurları qəbul edərkən qarşıya konkret yol xəritəsi qoyur, hədəfləri elan edir. Bu vacib amillər idarəçilikdə çeviklik yaradır, forma və məzmunca yeni metodlar tətbiq edilir. Odur ki, bu sahədə çox unikal nəticələr əldə olunub.
Azərbaycan dövlətinin hazırki əsas prioriteti azad edilmiş ərazilərin yenidən qurulmasıdır. Hesab edirəm ki, bu proses son dərəcə uğurla və inanılmaz sürələ davam edir. Müharibədən sonrakı dövrə nəzər salsaq görərik ki, qısa zaman ərzində necə böyük işlər görülüb. Min kilometrlərlə yollar çəkilib, tunellər, körpülər, yol ayrıcları tikilib, sosial obyektlər inşa edilib, su, qaz, işıq xəttləri çəkilib, elektrik stansiyaları istifadəyə verilib. Qısa müddətdə iki beynəlxalq hava limanının ən müasir şəraitdə tikilərək açılması buna əyani sübutdur. Bütün bunlar Azərbaycan iqtisadiyyatının gücünü nümayiş etdirir. Əminliklə demək olar ki, Azərbaycan öz ərazilərini sürətlə bərpa etməklə dünyanı heyrətləndirməyə davam edəcək. Çünki, ortada qətiyyət və güclü siyasi iradə var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB