"Aksiyalar öz nəticələrinə artıq nail olmaq üzrədir" - POLİTOLOQ DANIŞDI

"Aksiyalar öz nəticələrinə artıq nail olmaq üzrədir" - POLİTOLOQ DANIŞDI

"Ekoaktivistlərin Laçın-Xankəndi yolunda təşkil etdikləri aksiya artıq 110 gündən artıqdır ki, davam edir. Aksiyanın əsas şüarı təbii sərvətlərin istismarının dayandırılması və Laçın yoluna nəzarətdir. Artıq bu istiqamətlərdə ciddi irəliləyişlər əldə olunub". Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.

Onun sözlərinə görə, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Xankəndinə göndərilməsində əsas məqsədlərdən birinin həm də zəngin yataqların istismar edilməsi və əldə edilən gəlirin separatçıların saxlanmasına yönləndirilməsi idi: "Re-inteqrasiya prosesinə ciddi əngəl olan bu şəxsin istefaya göndərilməsi aksiyalar nəticəsində öz missiyasını layiqincə yerinə yetirməməsi ilə bağlı oldu. Laçın yoluna faktiki nəzarət imkanı qazandıq. Nəticədə ermənilər alternativ torpaq yollardan qeyri-qanuni daşınmalar etməyə cəhd etdilər və ordumuzun uğurlu əməliyyatı nəticəsində Xankəndinə alternativ yollar da nəzarət altına alınmış oldu. Beləcə, separatçıların nəfəsliyi daraldı. Bütün bu üstünlüklərin ekoaktivistlərin etiraz aksiyası ilə dolayı yolla əlaqəsi vardır. Hesab edirəm ki, aksiyalar öz nəticələrinə artıq nail olmaq üzrədir".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə