"Fazil Mustafa hər zaman dövlətçiliyin təbliğatçısı kimi çıxış edib" - SƏDR MÜNASİBƏT BİLDİRDİ

"Millət vəkili Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aksiyası ilə bağlı cəmiyyətdə demək olar ki, yekdil fikirlər mövcuddur. Bu fikirlər ondan ibarətdir ki, Azərbaycanın 44 günlük müharibədən sonra bölgədə artmaqda olan nüfuzu, dünyanın təhlükəsizlik sistemində önəmli yer tutması, dəvlətçiliyin gücləndirilməsi ilə bağlı davam edən siyasət bir çox qüvvələri narahat edir". Bu sözləri SİA-ya açıqlamasında "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal deyib.

Onun sözlərinə görə, millət vəkili Fazil Mustafa da hər zaman Azərbaycan dövlətçiliyinin, milli hədəflərin təbliğatçısı və təşviqatçısı kimi çıxış edib: "Bu baxımdan müxtəlif formada hücumlara məruz qalıb. Bu gün onun qarşılaşdığı silahlı hücum əvvəlki hücumların zorakı variantıdır. Artıq sosial şəbəkələrdə bu terror aksiyasına haqq qazandıran xainlərin yanaşmasından da görünür ki, bu açıq-aşkar Azərbaycanı gözü götürməyən qüvvələrin fəaliyyətidir. Millət vəkilimizə şəfalar diləyir və inanıram ki, Azərbaycan xalqı bu cür məqamlarda öz dövlətçiliyi ətrafında daha sıx birləşərək həmin fürsətçilərin məqsədlərinə nail olmasına imkan verməyəcək. Şübhəsiz ki, qısa zamanda bu terroru törədənlər aşkarlanacaq".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə