"Minatəmizləmə Agentliyi lazımi maddi-texniki resurslarla təmin olunub"

"Minatəmizləmə Agentliyi lazımi maddi-texniki resurslarla təmin olunub"

"Təbii olaraq genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinin vacibliyini nəzərə alaraq Minatəmizləmə Agentliyi lazımi maddi-texniki resurslarla təmin olunub". SİA xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zaman deyib.

Baş nazir bildirib ki, həmin ərazilərdə minatəmizləmə əməliyyatlarına ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və 4 yerli özəl şirkət də cəlb olunub.

“Görülən tədbirlər nəticəsində ümumilikdə 65 min hektar, o cümlədən 2022-ci ildə 44 min hektar ərazi təmizlənmişdir”, - deyə o əlavə edib.

Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə