YAP Nərimanovda Milli Teatr Günü münasibətilə görüş keçirilib FOTOLAR
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının təşəbbüsü nəticəsində Ulu Öndər Heydər Əliyev ili çərçivəsində 10 Mart - Milli Teatr Günü münasibətilə Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti Nurəddin Mehdixanlı ilə görüş keçirilib.Bildiyimiz kimi, bu gün Azərbaycan teatrı yaranmasının 150-ci ildönümünü qeyd edir və teatrımızın inkişafında, teatr sənətinin yüksək səviyyəyə qalxmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolu olmuşdur. Bu münasibətlə YAP Nərimanov rayon təşkilatı Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti Nurəddin Mehdixanlı ilə gənclərin görüşünü təşkil edib.Görüşdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov giriş nitqi ilə Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti Nurəddin Mehdixanlını salamlayıb və 10 mart Milli Teatr Günü ilə bağlı onu təbrik edib. Həmçinin, Anar Abbasov görüşün əsas məqsədinin Ulu Öndər Heydər Əliyev ili çərçivəsində keçirilən silsilə tədbirlər sırasında Milli Teatr Günü ərəfəsində belə bir görüşün təşkilinin böyük əhəmiyyət kəsb etməsindən, eyni zamanda, Nurəddin Mehdixanlının fəaliyyətinə və yaratdığı obrazlara qarşı bütün cəmiyyətdə olan maraqdan bəhs edib.
Sonra xalq artisti Nurəddin Mehdixanlı teatr sənətinin yaranmasından, bu sənətin inkişaf pillələrindən, Azərbaycan xalqının ümilli lideri Heydər Əliyevin hakimiyyətdə olduğu hər iki dönəmdə Azərbaycan mədəniyyətinə, incəsənətinə, teatr sənətinə və bu sahənin çalışanlarına verdiyi yüksək dəyərdən geniş söhbət açıb. Xalq artisti, həmçinin, maraqlı mövzularda danışaraq, sənət və teatr haqqında düşüncələrini, səhnə təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb.Tədbirin davamında Nurəddin Mehdixanlı iştirakçıları maraqlandıran sualları cavablandırıb.Sonra Azərbaycan Respublikasının xalq artisti, “Şöhrət” ordeni laureatı Nurəddin Mehdixanlıya YAP Nərimanov rayon təşkilatı adından hazırlanmış xüsusi hədiyyə təqdim olunub.
Tədbirin sonunda xatirə şəkli çəkilib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB