"Rusiyanın əsas məqsədi Gürcüstanın qarışması idi" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
"Gürcüstanda baş verən hadisələr təsadüfi deyil. Aksiyaları təşkil edən təbii ki Qərb dövlətləridir. Çünki hal-hazırda Gürcüstanda hakimiyyət nə qədər demokratik görünsə də, bu Bidzina İvanişvillinin adamlarıdır. Çünki İrakli Qaribaşvilli onun ən yaxın adamıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, onlar artıq parlament respublikaya keçirlər: "Ona görə də Salome Zurabişvilli də Amerikadan belə bir bəyanatla çıxış etdi ki, "Mən ona veto qoyacam". Gürcüstanda buna da hazır idilər. Əgər veto qoyulacaqdısa, vaxtından əvvəl prezident seçkiləri keçirəcəkdilər. İnsanların küçəyə axışmasının əsas səbəbi Gürcüstan xalqının qüruru ilə bağlı idi. Çünki o xalq agent məsələsini sevmir. Gürcülər öz millətinin əleyhinə heç vaxt satılmazlar".
Cümşüd Nuriyev sözlərinə belə davam edib: "Bu Rusiya qanununun bir tərcüməsi idi və sifariş də Rusiyanın idi. Qanun birinci oxunuşda qəbul olunduqdan sonra insanlar küçələrə axışdı. Gürcüstan yenidən əvvəlki vəziyyətinə qayıdır. Yəni, rüşvət, korrupsiya və digər məsələlər əhalini narahat edir.
Rusiyanın əsas məqsədi Gürcüstanın qarışması idi. Onlar Gürcüstanı tamamilə ələ keçirmək, Ukraynadakı uğursuzluğu Gürcüstanda qabatmaq istəyirdilər. Azərbaycan bundan bir növ özünü sığortalayıb. Çünki cənab Prezident İlham Əliyev buna imkan vermir. Ona görə də müstəviyə keçirmək istəyirlər. Gürcüstanda da bunu başa düşdülər və parlament həmin qanunu geri çağırdı. Çünki bu Tbilisidə hakimiyyət çevrilişi demək idi. İndiki halda onlar ən düzgün yol olan güzəşt üslubunu seçdilər. Eyni zamanda, ölkədə olan qarşıdurmanı bir növ sakit məcraya yönəldə bildilər".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB