Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 10 mart 2020-ci il tarixdə altıncı çağrış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı şıxışında bir çox mühüm məsələlər barədə öz fikirlərini bildirmiş və tövsiyələrini vermişdir. Cənab Prezident qeyd etmişdi ki, Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək və vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdir. Cənab Prezident bildirmişdir ki, ölkəmizdə bütün sahələri əhatə edən islahatlar qanunveicilik sahəsini də əhatə edəcəkdir. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq. Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Cənab Prezident deputatlar qarşısında ilk növbədə, qanunvericilik sahəsində böyük vəzifələrin durduğunu bildirərək qeyd etmişdir ki, parlamentin əsas işi qanunvericilikdir. Cənab Prezident tövsiyə etmişdir ki, qanunvericilik sahəsində nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilməlidir. Mövcud olan qanunların təlmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır. Ən mühüm məsələlərdən biri də qəbul edilmiş qanuların icra edilməsinə nəzarətdir. Bir çox keyfiyyətli qanunlar qəbul edilir, ancaq onların icrasına nəzarət lazımi səviyyədə deyil. Bu sahədə deputatların üzərinə də məsuliyyət düşür.
Qeyd etmək lazımdır ki, keçən üç il ərzində Milli Məclis tərəfindən cənab Prezidentin tövsiyyələri nəzərə alınaraq ölkədə aparılan geniş islahatların bir hissəsi kimi qanunveicilik sahəsində xeyli işlər görülmüşdür. Dəyişən reallıqları nəzərə alaraq yeni mütərəqqi məzmunlu qanunların hazırlanması və mövcud qanunların təkmilləşdirilməsi üzrə işlər aparılır. Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə ölkədə minumum əmək haqqının, minimum pensiyaların, əmək pensiyalarının artırılması məqsədi ilə müvafiq qanunlar qəbul edilmişdir. Eyni zamanda “Siyasi partiyalar haqqında” yeni qanun qəbul edilmiş, “Əmək pensiyaları haqqında”, “Məşğullluq haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Ünvanlı dövlət sosaial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Uşaq hüquqları haqqında”, və bu sahəyə aid olan digər Azərbaycan Respublikası Qanunlarına dəyişiklik edilməsi barədə qanunlar qəbul edilmişdir.
27 sentyabr 2020-ci il tarixdə başlayan 44 gün davam edən Vətən müharibəsində tarixi qələbədən sonra “Şəhid adının əbədiləşdirilməsi və şəhid aliələrinə edilən güzəştlər haqqında” və digər qanunvericilik aktlarına dəyişiklik edilməsi barədə qanunlar qəbul edilmişdir. Şuşa şəhərinin Azərbaycan mədəniyyətində, mənəviyyatında və tarixində tutduğu xüsusi yerə görə “Azərbaycanın mədəniyyət paytaxtı-Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində əlavə tədbirlərin görülməsini təmin etmək məqsədi ilə “Gənclər siyasəti haqqında”, “Bədən tərbiyəsi və idman haqqında “ Azərbaycan Respublikası qanunlarında dəyişiklik edilməsi barədə qanunlar qəbul edilmişdir.
Azərbaycan sosial dövlətdir və atılan bürün addımlar bunu tədiqləyir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2023-cü il tarixli Sərəncamı da əhalinin rifahının qorunması sahəsində ardıcıl, sistemli tədbirlərin davamı olmaqla, eyni zamanda yalnız son beş ildə vətəndaş rifahının təminatı istiqamətində artıq 4-cü sosial islahat paketinin icrasına başlanmasını təmin edir. Sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Minimum əməkhaqqının artırılması nəticəsində vahid tarif cədvəlinin (VTC) bütün pillələri -19 pillə üzrə əməkhaqlarının artırılması təmin olunur. Bura dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlar daxildir. Əməkhaqqı artımı 700 min işçini əhatə edir. Onlardan 450 mini dövlət, qalan hissəsi özəl sektorda çalışanlardır. Bu əməkhaqqı artımı üçün illik 440 milyon manatlıq bir vəsait ayrılması təmin olunacaq.
Azərbaycan respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun düşmən üzərində qazandığı tarixi Zəfər sübut etdi ki, cənab Prezidenti rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş miqyaslı, hərtərəfi, o cümlədən qanunvericilik sahəsini də əhatə edən islahatlar öz nəticəsini verir və bundan sonra da davam edən islahatlar Azərbaycanı daha böyük uğurlara aparacaq.
Milli Məclisin deputatı
Rauf Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB