“Təxribat danışıqlar predmetinə xələl gətirmək məqsədi daşıyır” - POLİTOLOQ ŞƏRH ETDİ
“Ermənilərin son günlər təxribatları artırmaları bir neçə səbəblə bağlıdır. Əvvəla, sərhəddə təxribatlar hər zaman davam edib. Onlar bu yolla rus sülhməramlılarının mövqeyini zəiflətməyə, beynəlxalq güclərin varlığına ehtiyac olduğunu göstərməyə çalışırlar. İndi isə məhz Qarabağda yaşayan erməni icması ilə danışıqlar başlandığı vaxtda təxribatların artması, danışıqlar predmetinə xələl gətirmək məqsədi daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.

Onun sözlərinə görə, məlumdur ki, Ermənistan tərəfi bu görüşü Bakı ilə separatçılar arasında keçirilən görüş kimi qələmə vermək istəyir: “Silahsız ermənilərin Azərbaycanla dialoqa keçməsini qəbullanmaq istəmirlər. Üstəlik ən son Xəlfəli yolunda qarşıdurmanın yaşanması birbaşa Laçın-Xankəndi yolundakı etirazların nəticəsinə bağlı idi. Etirazların olması Laçın yolunda monitorinq imkanlarını artırdığı üçün separatçılar Xankəndinə silah-sursat və digər qanunsuz ləvazimatları alternativ yoldan istifadə etməklə daşımağa çalışır. Əlbəttə ki, bu tərəfimizin diqqətindən yayınmır. Xüsusən Sarıbaba yüksəkliyinin nəzarətə götürülməsi həmin yola nəzarət imkanlarımızı da artırıb. Bu təxribatı törətməklə ermənilər bir daha xisətlərini nümayiş etdirdi. Beynəlxalq ictimaiyyət şahid oldu ki, Laçın dəhlizində nəzarət postunun quraşdırılması həqiqi ehtiyacdır. Elə separatçıların təmizlənməsi də!”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB