“Azərbaycanın sədrlik dövrünü kifayət qədər uğurlu hesab etmək olar” - DEPUTAT DANIŞDI

“Azərbaycanın sədrlik dövrünü kifayət qədər uğurlu hesab etmək olar” - DEPUTAT DANIŞDI

“Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük təsisatdır və bu hərəkat indiki mərhələdə dövlətləri öz aralarında konstruktiv dialoq qurmaq üçün təmasların artırılması, dünyanı narahat edən məsələləri müzakirə etmək üçün birləşdirir. Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. Azərbaycanın Qoşulmama Hərəkatı ölkələri arasında çox böyük nüfuza və təsir imkanlarına malik olduğu ilk illərdən aydın görünməyə başladı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu bildirib.
Onun sözlərinə görə, Azərbaycan Qoşulmama Hərəkatına üzv olduqdan qısa müddət sonra keçmiş Azərbaycan-Ermənistan münaqişəsi vəziyyəti ilə bağlı Qoşulmama Hərəkatı çərçivəsində aydın mövqe sərgiləndi: “Münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyü vurğulandı. Bu Azərbaycan üçün mühüm siyasi divident gətirən məqam idi. Qoşulmama Hərəkatına üzv olduqdan cəmi 5 il sonra Azərbaycanın hərəkata sədrliyi məsələsi müzakirə olundu və 2019-cu il oktyabr ayında Qoşulmama Hərəkatının Bakı Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürdü. Azərbaycanın sədrlik dövrünü kifayət qədər uğurlu hesab etmək olar”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə