Ulu Öndərin fəaliyyəti Azərbaycan xalqının milli sərvəti, xəzinəsidir ŞƏRH

Ulu Öndərin fəaliyyəti Azərbaycan xalqının milli sərvəti, xəzinəsidir ŞƏRH

Hər kəsə bəlli olan fakt ondan ibarətdir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının qəlbində Azərbaycan dövlətçiliyində xüsusi iz buraxan Şəxsiyyətdir. Dahi Öndər öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq Azərbaycanımızın dövlət müstəqilliyinin möhkəmləməsinə nail olmuşdur, Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi, istedadı Onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü parlaq surətdə təzahür etdirmişdir. Ulu Öndər bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün bilik və bacarığını əsirgəməmişdir.

Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamı bir daha Dahi Şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaranacaq. Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqının milli sərvəti, xəzinəsidir, bundan sonra da neçə-neçə nəsillər bu məktəbdən bəhrələnərək Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcək. Onun fəaliyyətinin hər bir mərhələsi - istər Azərbaycanda hakimiyyətinin birinci dövrü (1969-1982), istərsə də müstəqilliyimizin bərpasından sonrakı (1993-2003) dövrləri ayrı-ayrılıqda tədqiqat mövzusudur. Fəxarət hissi ilə qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyev hər bir azərbaycanlının qəlbində özünə bir abidə ucaldıb və bu abidənin adı müasir müstəqil Azərbaycan dövlətidir.

Ulu Öndər Heydər Əliyev yolu bundan sonra da Azərbaycana möhtəşəm uğurlar qazandıracaq

2003-cü ildən Ümumilli liderin siyasi kursunu uğurla davam etdirən, Onun layiqli siyasi varisi olan Prezident İlham Əliyevin timsalında bir daha Ulu Öndərin dahiliyinin şahidi olduq. Azərbaycan xalqı hər zaman Onun irsindən faydalanacaq. Faydalandıqca zəfər və uğur qazanacaq.Bu gün Prezident İlham Əliyevin gördüyü işlərin zirvəsində ərazi bütövlüyümüzü bərpa etməklə Ata vəsiyyətini yerinə yetirməsi dayanır. Ümummilli Lider 2003-cü il də xalqa müraciətində axıra çatdıra bilmədiyi işlərin Cənab İlham Əliyevin xalqın dəstəyi ilə həyata keçirəcəyinə böyük inamını ifadə etmişdir. Ulu Öndər “Ona Özüm qədər inanıram” söyləməklə gələcək inkişafın aydın mənzərəsini təqdim etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işləri çərçivəsində bütün zəruri addımların atılmasına, ölkəmizin iqtisadi imkanlarınin daha da genişlənməsinə, beynəlxalq münasibətlər sistemində rolunun artırılmasına, problemin ədalətli həlli üçün möhkəm hüquqi bazanın formalaşmasına və güclü, qüdrətli ordunun yaradılması istiqamətində əhəmiyyətli tədbirlərin görülməsinə nail oldu. Bu kimi uğurların nəticəsi olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın birliyi sayəsində rəşadətli ordumuz 30 il işağl altında olmuş torpaqlarımızı azad etdi. 44 günlük Vətən müharibəsində şanlı Zəfərimiz Azərbaycanın qarşısında yeni imkanlar yaratdı. Qürur hissi ilə deyə bilərik ki, Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin, Prezident İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar.

Ulu Öndər Heydər Əliyev Azərbaycanın özüdür

Son olaraq onu qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın özüdür. Azərbaycan deyəndə Heydər Əliyev, Heydər Əliyev deyəndə Azərbaycan yada düşür. Ulu Öndərin tarixi çıxışlarının birində demişdir: “Azərbaycan durduqca mən var olacam”. Azərbaycan əbədiyyən var olacaq və həmişə Azərbaycan xalqının yaddaşında Ulu Öndər Heydər Əliyev yaşayacaq.

Qasımova Samirə

YAP-in gənc fəal üzvü,Magen David Group-un Quba -Qusar rayonlari üzrə huquq müdafiəcisi

Bütün xəbərlər Facebook səhifəmizdə