“Azərbaycan BMT-nin bütün strukturlarında uğurla təmsil olunur” - MÜNASİBƏT BİLDİRİLDİ
“Azərbaycanın BMT-yə üzvlüyü ölkəmizin dünya birliyinin bərabərhüquqlu üzvü olması üçün önəmli bir addım olub”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində fəal iştirak edir, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olaraq Azərbaycan qlobal təhlükəsizliyin və sülhün əldə olunmasında aparıcı ölkələrdəndir: “Azərbaycan demək olar ki, BMT-nin bütün strukturlarında uğurla təmsil olunur. Həm hökumət, eyni zamanda qeyri-hökumət təşkilatları səviyyəsində BMT-nin əlaqədar komitə və bölmələrinə ölkəmizin dayanıqlı inkişaf məqsədləri ilə bağlı hesabat verir. BMT-nin bütün komponentləri, sosial və iqtisadi inkişaf, siyasi inkluzivlik, uşaq hüquqları və digər sahələrdə BMT-nin alt qurumları ilə Azərbaycanın yaxşı əməkdaşlığı vardır və Azərbaycan BMT tribunasından üzləşdiyi işğal və ölkəmizin milli maraqları ilə bağlı məsələləri dünya ictimaiyyətinə çatdırıb”.
Vüqar Əhmədov sözlərinə belə davam edib: “Bununla yanaşı bu gün ölkəmiz BMT-dən sonra ikinci böyük qurum olan Qoşulmama hərəkətina da rəhbərlik edir və bu faktlar Azərbaycanın qlobal risklər və çağırışlar, pandemiya və post-pandemiya dövründə nə qədər fəal olduğunun göstəricisidir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB