Prezident: Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə münasibətlərimizin ruhunu və xarakterini əks etdirir

Prezident: Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə münasibətlərimizin ruhunu və xarakterini əks etdirir

Sizin (Sergey Lavrovun-red.) səfəriniz ötən il fevralın 22-də Moskvada imzalanmış və ölkələrimiz arasında münasibətlərin inkişafında çox əlamətdar və mühüm addım olan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümünə həsr edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən bildirib.

Dövlətimizin başçısı deyib: “Bu Bəyannamə mahiyyət etibarilə bizim münasibətlərimizin ruhunu və xarakterini, əlaqələrimizin formalaşmış müsbət resursunu əks etdirir, gələcək illərdə qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirir”.

Bütün xəbərlər Facebook səhifəmizdə