Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” illik siyasi məktəbinin növbəti dərsi keçirilib. SİA xəbər verir ki, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında keçirilən görüşdə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının əməkdaşı Fuad Heydərli və layihə iştirakçıları iştirak edib.
YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxışında bu cür tədbirlərin keçirilməsinin və gənclərin Heydər Əliyev irsi barədə geniş məlumata sahib olmasının əhəmiyyətini vurğulayıb.Bu tədbiri keçirməklə nəzərdə tutmuşuq ki, Heydər Əliyevin irsi, Azərbaycanın qurulmasında atdığı böyük addımlar barədə gənclərimizi məlumatlandıraq. Bu məktəbin də əsas əhəmiyyəti ondan ibarətdir ki, dahi şəxsiyyəti haqqında daha yaxından məlumat almaqdır.
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxışında Milli Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov ilk öncə tədbir iştirakçılarını salamlayıb. O,bildirib ki, Milli Kitabxanada bu gün nə görürüksə hamısı Ulu Öndər Heydər Əliyevin əməyinin bəhrəsidir. Dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Ümummilli lider Heydər Əliyevin ötən əsrin 70-ci illərində başladığı quruculuq işlərindən bəhs edən direktor qeyd edib ki, məhz bu günki firavan həyatımız onun gərgin əməyinin nəticəsidir. Həmçinin, o çıxışı zamanı Ulu Öndər Heydər Əliyevin mədəniyyətə, kitab və kitabxanaya qayğısından bəhs edib. "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir".
K.Tahirov bildirb ki, 1995-1997-ci illərdə Ulu Öndər Milli Kitabxananı 4 dəfə ziyarət etmiş və ilk gəlişində bu kitabxanaya öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitab hədiyyə etmişdir.
Ümummilli lider Heydər Əliyevin müstəqillik dövründə Azərbaycanda kitabxana quruculuğunun inkişafına, xüsusilə Azərbaycan Milli Kitabxanasının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun yenidən qurulmasına, xidmət proseslərinin avtomatlaşdırılmasına və modernləşdirilməsinə verdiyi töhfələri, bu kitabxananın fəaliyyətinə və əməkdaşlarının əməyinə verdiyi yüksək qiyməti layiqincə dəyərləndirən Milli Kitabxananın kollektivi bu günlərdə kitabxananın foyesində xalqımızın böyük oğlunun adına layiq bir gözəl guşə yaratmışdır. Həmin guşədə Ulu Öndərin bir vaxtlar Milli Kitabxanaya gələrkən bu elm məbədinə öz şəxsi kitabxanasından bağışladığı 300 nüsxədən artıq kitab nümayiş olunur, bu guşə oxucularımızın və kitabxanamızın qonaqlarının ən çox müraciət etdikləri, həvəslə tanış olmaq istədikləri bir məkana çevrilmişdir. Milli Kitabxananın 2020-ci ildə başlatdığı “Qarabağa kitabla gedək” layihəsi H.Əliyevin qoyduğu ənənənin davamıdır.
Ulu Öndərin Azərbaycan qarşısındakı ən əhəmiyyətli xidmətlərindən biri də özü qədər inandığı bir yetirməsini xalqına rəhbərlik etmək üçün tövsiyə etməsi olmuşdur. Cənab Prezidentimiz İlham Əliyev Ümummilli Liderimizin başladığı işləri çox böyük uğurla davam etdirərək ona da baş ucalığı gətirmişdir. Məhz 2004-cu ildə M.F.Axundov adına Kitabxanaya Milli statusunun verilməsi, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” imzaladığı Sərəncam bunun bariz nümunəsidir.
Müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Milli Kitabxananın fəaliyyətinin müasir dövrün, zamanın tələblərinə uyğun olaraq yenidən qurulması və daha da təkmilləşdirilməsi, kitabxana-informasiya xidmətinin tam avtomatlaşdırılması, innovasiyaların oxucuların informasiya təminatı proseslərinə tətbiqi və Azərbaycanın bütün dünyaya tanıdılması sahəsində görülən bütün işlərin təməlində də məhz Ulu Öndər Heydər Əliyevin ötən əsrin 90-cı illərində kitabxana işi sahəsində böyük uzaqgörənliklə həyata keçirdiyi inqilabi tədbirlər durur.
Çıxışlar bitdikdən sonra iştirakçıların sualları cavablandırılıb və maraqlı müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB