“Azərbaycan dünya tərəfindən ciddi mənada qəbul olunur” - OKTAY HACIMUSALI

“Azərbaycan dünya tərəfindən ciddi mənada qəbul olunur” - OKTAY HACIMUSALI

“İlk olaraq qeyd edim ki, Azərbaycan 2008-ci ildən başlayaraq mütəmadi olaraq həm ölkə Prezidenti, həm də nazirlər səviyyəsində Münxen Təhlükəsizlik Konfransının illik görüşlərində iştirak edib. Bu il 17-18 fevral tarixlərində bu konfransın sayca 59-cu görüşünə dəvət olunmuş azsaylı dövlət başçılarından biri də məhz cənab İlham Əliyev idi”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Oktay Hacımusalı deyib.

Onun sözlərinə görə, cənab Prezidentin artıq 6-cı dəfə bu konfransa iştirakı onu göstərir ki, dünyada Azərbaycanın özünəməxsus yeri var və Azərbaycan dünya tərəfindən ciddi mənada qəbul olunur: “Azərbaycan bəzi reallıqlar yaradıb ki, Cənubi Qafqazda 2020-ci ildən etirabərən bu reallıqlar işləyir. Dünya da bunun fərqindədir. Məhz fərqində olduqları üçün də dünyada sülhün qoyunmasına xidmət etmək üçün Azərbaycan amilini hər zaman ön plana çıxarırlar”.

Oktay Hacımusalı sözlərinə belə davam edib: “Eyni zamanda, təbii ki dünyanın enerji təhlükəsizliyi məsələsində də Azərbaycanın rolu danılmazdır. Azərbaycan rolunun danılmaz olduğunu bilən beynəlxalq ictimaiyyət də cənab Prezidentin apardığı məqsədyönlü xarici siyasəti zəmin alaraq bu gün ölkəmizlə ciddi mənada əməkdaşlıq edir. Bir növ Azərbaycan Prezidentinin nüfuzu, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş olması təbii ki özünü bu kimi beynəlxalq tədbirlərdə göstərir.

2020-ci ildə də Prezident İlham Əliyevlə Ermənistanın baş naziri arasında canlı debat olmuşdu. Həmin canlı debatda da cənab İlham Əliyev bir daha göstərdi ki, tarixi faktlara söykənərək Ermənistanın baş nazirinin əsassız şərhlərinə necə cavab vermək olar. O dönəmdən etibarən bir daha sübur edildi ki, Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidentinin iştirakı region üçün olduqca vacibdir.

Bu ilki tədbir təbii ki, uğurlu nəticələrlə yadda qalıb. Enerji təhlükəsizliyi məsələsi, regionun yeni sistematikasının formalaşması və yeni geosiyasi məqamlarla yadda qaldı. Bu görüşə baxdığımız zaman Azərbaycanın hadisələrdən kənarda olmasını istəyən qüvvələrin əslində nə qədər çətin vəziyyətdə qaldığını gördük. Azərbaycan kənarda qalmayacaq qüvvədir.

Ən önəmli görüşlərdən biri üçlü olan, Azərbaycan, Gürcüstan və Ermənistan dövlət başçıları arasında olan idi. Burada Axərbaycanın milli maraqlarını təmin etməyə real güc sahibi olan cənab Prezident İlham Əliyevi gördük. İlham Əliyev dünyanın aparıcı qüvvələrinin nəzərində mövqe uzlaşmasını təmin edə bilən şəxsiyyətdir.

Fransa və Ermənistan dünyanın reallıqlarını qəbul etmək istəməyən iki qüvvə kimi tarixə düşüblər və onların da absurd vəziyyətdə qaldıqlarını bu tədbir bir daha ön plana çıxardı. Bu gün ATƏT-i yenidən regiona gətirmək istəyən Fransa cənab İlham Əliyevin prinsipial mövqeyi ilə kənarda qaldı. Sülh prosesində tərəf olmaq olar. Fransanın Parisdə görüş təşkil etmək istəkləri süquta uğradı. Çünki Fransa əzələ və mövqe nümayiş etdirmək istədi.

Biz hadisələrə sülh prizması ilə baxırıq. Yalnız bir məsələ var ki, nə qədər sülh prizmasından baxsaq da, bir o qədər də Ermənistanın tarixi proseslərdə bizə qarşı etdikləri mənəvi, siyasi, mədəni, ekoloji soyqırımları unutmamışıq. Heç unutmaq fikrimiz də yoxdur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə