Növbəti avtomobil karvanının aksiya ərazisindən keçidinə şərait yaradılıb
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda təşkil olunan aksiya ərazisindən sərbəst hərəkət edirlər.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu dəqiqələrdə Laçından Xankəndi istiqamətində hərəkət edən sülhməramlılara məxsus 7 təminat avtomobilinin aksiya ərazisindən sərbəst keçidi təmin olunub.
Bu, bir daha onu göstərir ki, aksiya heç də siyasi xarakter daşımır və Laçın-Xankəndi yolu humanitar məqsədlər üçün açıqdır.
Xatırladaq ki, azərbaycanlı ekofəallar Qarabağda faydalı qazıntı yataqlarının istismarına qarşı Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda ötən il dekabrın 12-dən dinc aksiyaya başlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB