Mirzoyan Klaarla Münxen görüşünü müzakirə etdi

Mirzoyan Klaarla Münxen görüşünü müzakirə etdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər Ermənistan və Azərbaycan arasında danışıqlarla bağlı son vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, Klaar yenidən Ermənistanda səfərdədir. O, daha əvvəl baş nazir Nikol Paşinyanla görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə