Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə NATO Baş katibinin müdafiə investisiyaları üzrə köməkçisi, xanım Vendi Gilmur ilə görüşüb.
SİA-nın əldə etdiyi məlumata görə, görüş zamanı NATO-Azərbaycan tərəfdaşlığı, Azərbaycanın Şərqlə Qərb arasında tranzit əlaqəsində rolu, həmçinin Cənubi Qafqaz regionundakı vəziyyət və Azərbaycan-Ermənistan arasında normallaşma prosesi ətrafında müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB