“Azərbaycan bu sahələrdə Estoniya təcrübəsini öyrənə bilər” - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan bu sahələrdə Estoniya təcrübəsini öyrənə bilər” - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycanın Baltik ölkələri, o cümlədən Estoniya ilə yaxşı əlaqələri var. Estoniya Azərbaycanı, Azərbaycan isə Estoniyanı beynəlxalq təşkilatlarda dəstəkləyir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, Estoniya ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsinin inkişaf etdirilməsinə və müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsinə ehtiyac var: “Elə sahələr var ki, Azərbaycan bu sahələrdə Estoniya təcrübəsini öyrənə bilər. Xüsusən azad ticarət, innovasiyalar və müasir informasiya texnologiyaları sahəsində Estoniya bir çox nəaliyyətlər əldə edib və bu Azərbaycana imkan verir ki, bu sahədə Estoniya təcrübəsini öyrənsin”.

Vüqar Əhmədov sözlərinə belə davam edib: “Bununla yanaşı Estoniya iş adamlarının Azərbaycanda investisiya imkanlarını nəzərdən keçirməyə və ölkəmizdə yeni biznes startapları qurmaq iki dövlət arasında əməkdaşlığın genişləndirilməsi baxımından cəlbedici sayıla bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə