"Xarici şirkətlər bu ərazilərə 8 dəfə baha qiymətə gəlmək istəyir" - POLİTOLOQ DANIŞDI

"Xarici şirkətlər bu ərazilərə 8 dəfə baha qiymətə gəlmək istəyir" - POLİTOLOQ DANIŞDI

“İşğaldan azad olunmuş torpaqlarda mina problemi ciddi olaraq qalır. Ermənilər bu ərazilərə 30 ilə yaxın müddət ərzində mina basdırıblar, üstəlik də onun xəritəsini bizə vermirlər. Minaların bir qismi isə müharibədən sonra gizli şəkildə Kəlbəcər, Laçın ərazilərində basdırılmış minalardır. Müharibə bitdikdən sonra belə onlar bu çirkin əməllərindən əl çəkmədilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, Azərbaycan hazırda ANAMA vasitəsilə həmin əraziləri minalardan təmizləyir: “Bir çox ərazilərdə minalar zərərsizləşdirilib.

Bu məsələyə Avropa Birliyi müəyyən kredit ayırıb. Amma o krediti xərcləmək üçün xarici şirkətlərin dəvət olunmasını şərt hesab edir. Xarici şirkətlər isə bu ərazilərə 8 dəfə baha qiymətə gəlmək istəyirlər. Buna görə də biz hələ ki, minaların təmizlənməsi prosesini öz qüvvələrimiz hesabına başa çatdırmaq niyyətindəyik. Yəqin gələn ilə qədər bu işlər də uğurlu şəkildə başa çatacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə