“Gəncə seysmik ərazidə yerləşir. Ona görə də Gəncədə binalar və xəstəxanalar mütləq müvafiq seysmoloji tələbələr əsasında tikilməlidir”. SİA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, Kahramanmaraş şəhərinin yerləşdiyi piltə kəsişməsi ərazisində yerləşən regionda 1138-ci ildə baş vermiş böyük Aleppo zəlzələsindən cəmi 1 il sonra 1139-cu ildə Gəncədə güclü zəlzələ olmuşdu və Göygöl yaranmışdı: "Bu tarixi hadisə mütləq tikintilər zamanı nəzərə alınmalıdır. Binalar 5 mərtəbədən yüksək olmamalıdır. Binalardakı mənzillər tam təmirli vəziyyətdə sakinlərə təhvil verilməlidir. Əhalinin həyatı təhlükəyə atılmalı deyil”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB