Yaponiya ilə Azərbaycan arasında dostluq münasibətləri çox yüksək səviyyədədir və inkişaf edir.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Bakıda keçirilən Yaponiya İmperatoru Naruhitonun doğum gününə həsr edilmiş ziyafətdən əvvəl jurnalistlərə müsahibəsində bu ölkənin Azərbaycandakı səfiri Cuniçi Vada deyib.
Səfir qeyd edib: “Keçən il biz diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Biz növbəti 30 il üçün münasibətlərimizi müsbət istiqamətdə inkişaf etdirmək istiqamətində addımlar atacağıq. Çalışırıq ki, əlaqələr inkişaf etsin”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB