Keçiriləcək Münhen Təhlükəsizlik Konfransından GÖZLƏNTİLƏR - TƏHLİL
Münhen Təhlükəsizlik Konfransının hansı şəkildə və necə keçiriləcəyi, ələlxüsus, burada cənab Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanın iştirakı, hətta iki ölkə rəhbərinin baş tuta biləcək ikitərəfli görüşü və nəticələr hər kəsdə maraq doğurur. Təbii ki, əgər 17-19 fevral tarixində keçiriləcək Münhen Təhlükəsizlik Konfransında Azərbaycanın və Ermənistanın dövlət başçıları iştirak edəcəksə, deməli, onların nəinki ikitərəfli görüşü, hətta bir daha debatın keçirilə biləcəyi də istisna deyil və bu dəfəki görüş, yaxud debatın yenə də Azərbaycan Prezidentinin üstünlüyü ilə olacağı da gözləniləndir.
İki ölkə rəhbərinin, Azərbaycan Prezidentinin və Ermnistanın baş nazirinin əvvəlki görüşü, tərəflərin debatı qətiyyən yaddan çıxan deyil. Bunu hər kəs yaxşı xatırlayır və unutmayıb ki, həmin görüşdə, debatda ölkəmizin, ölkə rəhbərimizin çox böyük üstünlüyü də birmənalı şəkildə unudulmayıb. Əvvəlki görüşdə erməni baş nazir Nikol Paşinyanın hansı gülünc vəziyyətlərə düşməsi, ingilis dilində danışarkən çox səhvlərə yol verməsi, hətta kəkələməsi, ifadələrində belə bir-birinə zidd fikirlər səsləndirməsi, bir sözlə, rüsvayçı durumu da hafizəmizdədir. Ermnistanın baş nazirinin Azərbaycan Prezidentinin qarşısında özünü itirməsi, beləliklə də öz nitqində çaşması, həmçinin, Qarabağın Azərbaycan olduğunu bildirməsi heç də unudulmayıb.
Azərbaycan Prezidentinin dəfələrlə böyük üstünlüyü ermənilər üçün heç arzuolunan deyildi, amma reallıq bunu deməyə əsas verirdi. Hər kəs ölkə rəhbərimizin çox böyük təmkininə, siyasi bacarığına, iradəsinə heyran qalmışdı. Elə ona gərə də təkcə biz yox,diqqətlə isləyirdi. Həmin görüş zamanı da Azərbaycan Prezidenti işğalçı ölkə rəhbərini siyasi müstəvidə də məğlub etdi, Ermənistanın baş naziri çox gülünc, hətta rüsvayçı vəziyyətə düşdü. Ermənistanın baş naziri erməni xislətinə müvafiq şəkildə yenə də bu toplumun uydurduğu qondarma miflərə söykənərək çıxış edir, öz çulunu sudan çıxarmağa çalışır, amma qətiyyən bu uydurmaları ilə hədəfdən, gülüş hədəfi olmaqdan yayına bilmirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev isə konkret arqumentlərlə çıxış edir, fakları dilə gətirir, reallıqdan çıxış edirdi. Bu isə həm Nikolun çox-çox aşağı səviyyədə olduğunu, siyasi bacarığının, təcrübəsinin olmadığını, ölkə rəhbərimizin isə əksinə, olduqca böyük siyasi təcrübəyə, biliyə malik olduğunu, dəfələrlə üstün olduğunu növbəti dəfə isbatlayırdı.
Yenə də Azərbaycan Prezidenti kifayət qədər arqumentə sahib olan siyasi lider kimi hamı üçün üstün hesab olunur və erməni baş nazirinin bu dəfə də rüsvayçı şəkildə uduzacağı gün kimi aydındır. Çünki əgər müharibədən öncə ölkə rəhbərimiz qalib, üstün idisə, 44 günlük müharibənin məntiqi nəticəsi olan qələbəmizdən, qazandığımız Zəfərdən sonra daha üstün statusa malik hesab olunur və bu dəfə də qalibiyyəti zərrə qədər şəkk-şübhə doğura bilməz. Ümumiyyətlə, Azərbaycan xalqı öz liderinə, dövlət başçısına həddindən artıq güvənir və yaxşı başa düşür ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı olan cənab İlham Əliyevin də növbəti qalibiyyətini indidən əminlika gözləyir.
Bəli, o zaman reallaşan debat Azərbaycan və Ermənistan liderlərinin beynəlxalq ictimaiyyət önündə ilk açıq müzakirəsi idi və hələ nə kimi hallarla qarşılaşılacağı haqda ölkə vətəndaşlarının təsəvvürü belə yox idi, amma indi artıq yetərincə təcrübə də var təsəvvür də. Üstəlik, bundan əvvəl Azərbaycan tərəfinin debatda iştirak etməkdə marağı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, işğal edilən torpaqlarımızın geri alınması idisə, indi artıq qalib ölkə olaraq qarşıya tələblər qoymaq niyyəti ilə Münhen Təhlükəsizlik Konfransında iştirak edə bilər. Həmin tələblər, Ermənistanla delimitasiya və demarkasiya, eləcə də iki ölkə arasında sülh müqaviləsinin bağlanması ola bilər. Ümumiyyətlə, bu tədbirdən gözləntilər olduqca çoxdur və Ermənistan tərəfi həmin tələblərlə burada da üz-üzə qalmalı olacaq. Əgər erməni baş nazir özünü də, ölkəsini də yenə gülünc etmək, gülüş hədəfinə çevirmək istəmirsə, bu tələbləri qəbul etməli, həmin tələblərə cavab verməlidir.
Maraqlı bir sual ortaya çıxır ki, əgər Ermənistanın baş naziri Nikol Paşinyan bu reallığı bilə-bilə niyə Münhen Təhlükəsizlik Konfransında iştirak etməkdən boyun qaçırmaq istəməsin? Ən azından onun bu dəfə haqqında qeyd olunan tədbirdə iştirak etməsi yenə də məkrli planlarını yeritmək istəyindən irəli gələ bilər. Çox güman ki, Paşinyan Münhen Təhlükəsizlik Konfransında Laçın yolunda ekoaktivistlərin dinc aksiyasını guya ekoloji terror kimi göstərmək niyyəti ilə tədbirə qatıla, ölkə rəhbərimizlə ikitərəfli görüşə can ata, buna nail ola bilər.
Qarabağdakı ermənilər guya “humanitar fəlakət”lə üzləşib” iddialarını, daha doğrusu, yalanlarını ortaya atmaq, buna, bu yalanına bütün dünyanı inandırmaq istəyi erməni baş naziri tədbirə qoşulmağa vadar edə bilər. Məhz öz yalanlarını, uydurmalarını, şər-böhtan xarakterli informasiyalarını dünyaya sırımaq istəyi Ermənistan tərəfini Münhen Təhlükəsizlik Konfransında iştirak etməkdə həvəsli olmağa sövq edər. Bircə məqamı Nikol Paşinyan da, onun hakimiyyəti də başa düşməlidir ki, nə qədər uydurmaya, nə qədər yalana, nə qədər şər-böhtana ümid etsə də buna heç kimi inandıra bilməyəcək. Əvvəla ona görə ki, bu böhtançı, yalançı, rəzalət içərisində olan ölkənin rəhbərinin qarşısına Azərbaycan kimi qüdrətli bir ölkənin, liderlik keyfiyyətləri, siyasi iradəsi ilə sayılıb-seçilən dövlət başçısı, cənab Prezidemt İlham Əliyev çaxıcaq və bu dəfə də erməni baş nazirin gülüş hədəfi ola biləcəyi istisna deyil. Bir sözlə, Ermənistanın, şəxsən erməni baş nazir Nikol Paşinyanın gözləntilərinin nə olmasından asılı olmayaraq, reallıqlar ortaya qoyula bilər, bu isə işğalçı qonşu dövlət üçün heç də arzuolunan deyil.
Axmaq, ağılsız gözləntilər təkcə Ermənistana, bu ölkənin baş nazirinə xas deyil. Bu gün Fransa kimi bir dövlət belə xam xəyallara düşüb. Bu ölkə indi bölgədə, ən azından Ermənistanda öz yerini rahatlamaq fikrindədir. Heç şübhəsiz ki, Fransanın, Makronun özünün belə gözləntilərini də, ümidlərini də başa düşmək olar. Əvvəla ona görə ki, Fransa tərəfi bilir ki, on minlərlə vətəndaşının tələfatına və yaralanmasına səbəb olan Zəlzələ ilə əlaqədar olaraq Türkiyə tədbirdə iştirak etməyə bilər və bu zaman onun üçün meydan açılar. Digər tərəfdən də ona görə ki, Rusiyaya da Qərb, xüsusən Avropa indi baxdığı gözlə baxır və bu da həmin ölkənin sözügedən tədbirdə iştirakı üçün əngəldir. Həm də axı Rusiyanın başı özünə qarışıb və hansısa görüşdən gözləntisi də yoxdur. Belə olan halda ermənipərəst ölkənin gözləntiləri artmağa başlayır. Məsələ burasındadır ki, kimin, hansı ölkənin nə və necə gözləntisi olsa da, olmasa da hadisələrə zərrə qədər təsir edən deyil. Deməli, ən real gözlənti Azərbaycana məxsusdur, çünki işini, haqqın, ədalətin, beynəlxalq qanunların tələblərinə uyğun şəkildə qurub və Münhen Təhlükəsizlik Konfransından gözləntiləri böyükdür, məntiqidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB