“Aksiyaçılar öz məqsədlərinə çatmağa yaxındır” - QHT SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Aksiyaçılar öz məqsədlərinə çatmağa yaxındır” - QHT SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“2022-ci ilin dekabrın 12-də bir qrup ekologiya yönümlü QHT-nin və digər vətəndaş cəmiyyəti fəallarının iştirakı ilə Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda etiraz aksiyası başlanıb. Dinc xarakterli aksiya bu gün də davam edir”. Bu sözləri SİA-ya açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.
Onun sözlərinə görə, erməni təbliğatının iddiasının əksinə olaraq aksiyanın məqsədi yolu bağlamaq, Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində yaşayan ermənidilli vətəndaşlarını blokadaya almaq deyil: “Aksiya 67 gündür davam edir, bu günə qədər Laçın yolu humanitar məsqədli daşımalar üçün açıqdır.

Azərbaycanlı ekofəallar Qarabağ iqtisadi rayonunda qanunsuz istismar edilən filiz mədənlərinin monitorinqinə icazə verilməsini, sərvətlərimizin talan olunmasının qarşısnın alınmasını tələb edirlər”.

Elman Cəfərli sözlərinə belə davam edib: “Tələblər hələ ki, yerinə yetirilməyib. Amma hesab edirəm ki, aksiya öz məqsədlərinə çatmağa yaxındır. 67 gündə azərbaycanlı ekofəallar dünya ictimaiyyətinin diqqətini Qarabağ iqtisadi bölgəsində sərvətlərimizin talan olunmasına, ermənilər tərəfindən edilən ekoloji terrora, Rusiya sülhməramlılarının isə bu cinayətə laqeyd yanaşmasına çəkə bildi.

Mənim fikrimcə, sabah aksiya dayandırılsa, belə orada vəziyyət 12 dekabra qədərki olmayacaq. Yəqin ki, Azərbaycan tərəfi Laçın yoluna nəzarəti əlinə alacaq. Bundan sonra ermənilərin bu yoldan öz terrorçu məqsədləri üçün istifadə etməsinə, mina və silah-sursat, hərbi texnika daşımasına imkan verilməyəcək”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə