Şəhid Elvin Malik oğlu Şahmarlının doğum günü qeyd olunub FOTOLAR

Şəhid Elvin Malik oğlu Şahmarlının doğum günü qeyd olunub FOTOLAR

Fevral ayının 15-də YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, partiya fəalları, Şəhid valideyinləri Vətən müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Şəhid Şahmarlı Elvin Malik oğlunun anadan olmasının 21-ci il dönümü münasibətilə kənd qəbristanlığındakı məzarını ziyarət ediblər. Ziyarətçilər Şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs ediblər. Tədbirdə şəhid ailələrinə, Qarabağ əlillərinə olan diqqət və qayğı qeyd olunub. Şəhidin atası göstərilən diqqət və qayğıya görə təşşəkürlərini bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Şəhid Şahmarlı Elvin Malik oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə