Yasamal rayonunda “Heydər Əliyev İli” ilə əlaqədar olaraq silsilə tədbirlər davam edir FOTOLAR

Yasamal rayonunda “Heydər Əliyev İli” ilə əlaqədar olaraq silsilə tədbirlər davam edir FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-c il Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar olaraq YAP Yasamal rayon təşkilatının “T.Şahbazi küç.95” ünvanında (Uşaq Nevroloji Xəstəxanası) yerləşən ərazi partiya təşkilatında tədbir keçirilib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, sədr müavini Elnarə Mustafayeva, Uşaq Nevroloji Xəstəxanasının baş həkimi Sədaqət Ələsgərova və ərazi üzrə partiyanın üzvləri iştirak edib. Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olmuş bacı və qardaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Uşaq Nevroloji Xəstəxanasının baş həkimi Sədaqət Ələsgərova tədbir iştirakçılarını salamlayaraq sözü YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevə verib. Çıxış edən B.Nəbiyev bildirib ki, XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan sosial-iqtisadi və siyasi həyatında təlatümlü günlər yaşadığı bir vaxtda xalqımızın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə ulu öndər Heydər Əliyev Azərbaycanda rəhbərliyə gələrək Respublikamızı ağır vəziyyətdən, böhrandan çıxardı. B.Nəbiyev qeyd edib ki, Ulu Öndər hakimiyyətdə olduğu illərdə Azərbaycan nəinki öz əbədi müstəqilliyini möhkəmləndirdi, hətta bütün sahələrdə beynəlxalq və regional çərçivədə bu gün də dinamik inkişaf edən böyük nailiyyətlər əldə etdi. Bütün bunlar ümummilli lider Heydər Əliyevin milli dövlətçiliyimizin ideya və təməlində dayanan siyasətinin nəticəsidir. Məhz bu siyasət ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək 44 günlük Vətən müharibəsində parlaq Zəfər əldə etməyimizə və regionda reallıqların yaranmasını nail olunub.

Çıxış edən Uşaq Nevroloji Xəstəxanasının baş həkimi Sədaqət Ələsgərova qeyd edib ki, müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi və qüdrətli sərkərdəliyi ilə Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Bu gün əminliklə deyə bilərik ki, Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin, ölkəmizdə dinamik inkişafın əsasında Heydər Əliyevin ideyaları, onun formalaşdırdığı nadir inkişaf strategiyası dayanır.

Tədbirin sonunda “T.Şahbazi küç.95” ünvanında (Uşaq Nevroloji Xəstəxanası) yerləşən ərazi partiya təşkilatında təşkilati məsələlərə baxılıb və yekdilliklə ərazi partiya təşkilatının sədri Səadət Ələsgərova, sədr müavini isə Tamella Abdullayeva seçilib. S.Ələsgərova və T.Abdullayeva da öz növəsində göstərilən etimada görə minnətdarlıqlarını bildirərək göstərilən etimada layiq olacaqlarını ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə