“Hər iki ölkəni dostluq və əməkdaşlıq əlaqələri bağlayır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Hər iki ölkəni dostluq və əməkdaşlıq əlaqələri bağlayır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Hazırda ayrı-ayrı dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, respublikamızla müxtəlif sahələri əhatə edən tərəfdaşlıqların inkişafına böyük önəm verirlər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, dövlətimizin xarici siyasət kursunda İtaliya Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur: “Hər iki ölkəni dostluq və əməkdaşlıq əlaqələri bağlayır. Tərəflərin münasibətləri ortaq faydalı tərəfdaşlıq xarakteri daşıyır. Həm İtalya Həm də Azərbaycan rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir”.

Deputat sözlərinə belə davam edib: “Cənab Prezident İlham Əliyevin ötən il İtaliyaya işgüzar səfəri münasibətlərin inkişafında böyük əhəmiyyət kəsb etdi. Həmin səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirilib, qarşılıqlı faydalığa əsaslanan yeni əməkdaşlıqların da əsası qoyuldu. Həmçinin, ölkə başçısının bu səfəri zamanı qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinə dair faydalı müzakirələr aparılıb.

Son zamanlar isə hər iki ölkə arasındakı təhsil sahəsində əməkdaşlığı yüksək qiymətləndirilir. Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması da buna bariz nümunədir. Bu unversitet gələcək də yüksək ixtisaslı mütəxəssislərin hazırlanması baxımdan olduqca faydalı olacaqdır. İtaliya Avropada Azərbaycanın böyük ticarət və ixracat tərəfdaşıdır. Pandemiya dövründə də iki ölkə arasında ticarət dövriyyəsinin həcmi pandemiyadan əvvəlki dövrün göstəricilərini təkrarlayıb, həmin dövrdə bir çox ölkələrin ticarət göstəriciləri aşağı düşsə də, Azərbaycan və İtalya arasındakı iqtisadi əlaqələrə təsir etmədi. Azərbaycan da İtaliyanın Cənubi Qafqaz ölkələri ilə arasında ən iri ticarət tərəfdaşıdır ki, bu bölgədə İtaliyanın apardığı ticarətin 90 faizindən çoxu Azərbaycanın payına düşür. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir. Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə verdiyi müsahibəsi zamanı qeyd etdiyi kimi iki ölkə arasında tərəfdaşlıq uğurla həyata keçirilir. Eləcə də, biz Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı çərçivəsində fəal əməkdaşlıq edirik. Avropa ittifaqı ilə Azərbaycanın yaxınlaşması da İtalya dövləti üçün olduqca vacib haldır, bu səbəbdən hər zaman Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşmasını güclü şəkildə dəstəkləyib. İstər 44 günlük İkinci Qarabağ müharibəsi zamanı, istərsə də sonrası İtaliya mətbuatı daim Azərbyacanı dəstəkləyib. “İl Sole 24 Ore” və “Gli Occhi della Guerra” qəzeti Azərbaycanın sülhsevər mövqeyini daim dəstəkləyib və dövlətimizin bu sahədə olan fəaliyyətinə dair materiallar işıqlandırıb.

Bu gün Bakıda müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilir. Bu stansiya İtalyanın “Made in Italy” “Ansaldo Energia” şirkətlərinin iştirakı ilə tikiləcək. Azərbaycanla İtalya enerji sahəsində növbəti bir uğura imza atır. Həmçinin, bu lahiyə beynəlxalq xarakter daşıyacaq. Çünki burada Çinin bir şirkəti də iştirak edəcək”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə