“İran özünün murdar hərəkətlərindən çəkinmir“ - DEPUTAT ŞƏRH ETDİ

“İran özünün murdar hərəkətlərindən çəkinmir“ - DEPUTAT ŞƏRH ETDİ

“İran birmənalı olaraq özünün düşmən mövqeyini nümayiş etdirir. Səfirliyimizə hücumun təşkili İran dövlətinin rəhbərliyi səviyyəsində hazırlanmış siyasi terror aktı idi. Bütün bunlar İranın mövqeyini əks etdirir. Baş verənlər isə yüz illərin məsələsidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov bildirib.

Onun sözlərinə görə, İran konstitusiyasında bu gün də Azərbaycan dövlətinin ərazisi Dərbəndə qədər İran ərazisi kimi göstərilir: “Xüsusilə də Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra İranın bizə qarşı düşmən mövqeyi daha açıq və güclü şəkildə özünü büruzə verdi.

Hesab edirəm ki, biz çox diqqətli olmalıyıq. İranın Ermənistanla birlikdə bizə qarşı daha genişmiqyaslı təxribatları ola bilər. Eyni zamanda özünün canlı qüvvəsi, texnikası ilə Ermənistanın yanında olaraq, bizə qarşı hücumlar da təşkil oluna bilər. Bunların hər biri gözləniləndir. Çünki İran özünün murdar hərəkətlərindən çəkinmir. Buna görə də biz çox diqqətli və ehtiyyatlı olmalıyıq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə