“Ermənistanın təxribatları və pozuculuq fəaliyyəti davam edir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Ermənistanın təxribatları və pozuculuq fəaliyyəti davam edir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanması məsələsi Ermənistanın hansı mövqe nümayiş edirməsindən, yəni konstruktiv mövqeyindən asılıdır. Bütün hallarda biz ümidimizi üzmürük. Lakin Ermənistanın təxribatları və pozuculuq fəaliyyəti davam edir. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan bölgəyə sülhün gəlməsində maraqlı deyil”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Ermənistan düşünür ki, vaxtı uzatmaqla məqsədlərinə nail olacaq: “Onlarda belə bir yanlış düşüncə var ki, zamanla Azərbaycanın təbii sərvətləri tükənəcək və Avropanın Azərbaycana marağı azalacaq. Bütün cəhdlərlə Ermənistan bütüb prosesi pozmağa çalışır”.

Ceyhun Məmmədov sözlərinə belə davam edib: “Amma biz zaman-zaman müxtəlif yanaşma və bəyənatların şahidi oluruq ki, Ermənistan tərəfindən bəzən hansısa açıqlamalar olur və bu da ümumən prosesə ümid bəsləmək üçün müəyyən impluslar verir. Bu proses çox çəkməməlidir. Ermənistan da anlayır ki, sülh müqaviləsinin imzalanmasına ehtiyac var.

Mən ümidvaram ki, bu ilin növbəti aylarından başlayaraq danışıqlar bərpa olacaq və biz bir müddətdən sonra sülh müqaviləsi üzərində yenidən işləməyə başlayacağıq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə