Terror nəticəsində xəsarət almış Vasif Tağıyev ziyarət olunub FOTOLAR

Terror nəticəsində xəsarət almış Vasif Tağıyev ziyarət olunub FOTOLAR

Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, başçının müavini Vüsalə Fətəliyeva və YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı nəticəsində xəsarət almış diplomatik korpusun əməkdaşı Vasif Tağıyevi evində ziyarət ediblər. Əslən Şuşadan olan Tağıyev Vasif Natiq oğlu ailəlidir, onun iki qız, bir oğlan olmaqla üç övladı var. Vasif Tağıyev 1989-cu ildə Şuşa şəhərində anadan olub. Hər bir azərbaycanlıda sonsuz qürur hissi yaradan Vasif Tağıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 03 fevral 2023-cü il tarixli Sərəncamı ilə 1- ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə