Türkiyənin Azərbaycandakı səfiri vətəndaşlarımıza təşəkkür edib

Türkiyənin Azərbaycandakı səfiri vətəndaşlarımıza təşəkkür edib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı qardaş ölkədə baş vermiş güclü zəlzələdən əziyyət çəkən insanlara yardım göndərən Azərbaycan vətəndaşlarına təşəkkür edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, səfir bu barədə tviter hesabında paylaşım edib.

“Kədəriniz-kədərimizdir” deyərək altındakı döşəyi, üstündəki yorğanı, üzərindəki paltosunu və cibindəki pulu ölkəmizə göndərən bütün azərbaycanlı bacı-qardaşlarımız var olsun”, - deyə səfir qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə