“Dünyada anti-müsəlman, anti-türk fobiyası mövcuddur” - POLİTOLOQ DANIŞDI

“Dünyada anti-müsəlman, anti-türk fobiyası mövcuddur” - POLİTOLOQ DANIŞDI

“Hazırda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmamasında ən böyük günahkarlardan biri də Fransadır. Fransa hələ II Qarabağ müharibəsi dövründə Azərbaycana böhtan ataraq, öz torpaqlarını yağı düşməndən azad edən Azərbaycanın guya ermənilər üzərində genosid siyasəti həyata keçirməsi barədə bütün dünyaya car çəkirdi. Lakin dünya buna inanmırdı. Çünki Azərbaycan öz işğal altında olan torpaqlarını azad etdi. Daha sonra isə Fransa ortaya digər məsələləri çıxardı. Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, ərazisində yerləşən UNESCO vasitəsilə Azərbaycanın azad etdiyi torpaqlarda xristian abidələrini dağıdıb, məhv etməsi ilə bağlı böhtanlar atdı: “Bu bölgədə olan hər kəs şahiddir ki, Azərbaycan xristian abidələrinə qayğı göstərir, onları təmir edir. Eyni zamanda orada ibadət üçün şərait yaradır. Fransa zun müddət saxta tezislər altında özünün anti-Azərbaycan, anti-türk təbliğatını həyata keçirdi. Fransa Azərbaycan əleyhinə bir sənədi də müharibədən sonra təkrar BMT-nin Təhlükəsizlik Şurasında müzakirəyə çıxartdı. Yenə də həmin sənəddə Azərbaycanı genosiddə, xristian abidələrini məhv etməkdə və bu kimi həddindən artıq riyakar, ikiüzlü iddialarla ittiham edirdi. Yaxşı ki, Azərbaycanı sevən, tanıyan ölkələr var. Təhlükəsizlik Şurasında əsasən Böyük Britaniyanın, eləcə də Təhlükəsizlik Şurasının keçici üzvlərinin aktiv müdaxiləsi nəticəsində Fransanın riyakar, yalançı qətnaməsi keçmədi. Çünki o qədər redaktələr, dəyişiklikər tələb edildi ki, Fransa onun irəli sürdüyü qətnamənin artıq anti-erməni, anti-Fransa qətnaməsinə çevrildiyini gördü. Buna görə də öz istəyi ilə qətnaməni geriyə çəkdi. İndi Fransa yenə də meydanı qızışdırmaqda davam edir, müəyyən təkliflər irəli sürür. Dünyada sülh və əmin-amanlıq üçün birbaşa məhsuliyyət daşıyan BMT kimi beynəlxalq təşkilatın bəzi riyakar addımları təstiq edir ki, dünyada anti-müsəlman, anti-türk fobiyası mövcuddur. Bu fobiya beynəlxalq təşkilatlardan tutmuş, Qərbin bir sıra ölkələrinin xarici siyasətində də aparıcı yer tutub. Bu isə ümumiyyətlə sülh və əmin-amanlıq haqqında Qərbin irəli sürdüyü müəyyən iddiaları ciddi kölgə altına alır və bunların bəzi saxta mahiyyətini ortaya qoyur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə